Milli musiqi alətlərimiz Qazaxstan muzeyində

Milli musiqi alətlərimiz Qazaxstan muzeyində

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə ölkəmizin milli musiqi alətləri olan tar, kamança, qaval, balaban və tütək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazaxstanın Almatı şəhərində yerləşən İxlas adına Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib. Bununla bağlı keçirilən tədbirdə muzeyin rəhbərliyi, Almatı şəhər Mədəniyyət Departamentinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, səfirliyin Almatı şəhərindəki təmsilçisi və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Almatı şəhər Mədəniyyət Departamentinin müdir müavini Daniyar Aliyev çıxış edərək bildirib ki, ortaq tarixi kökə və dəyərlərə sahib olan Azərbaycan ilə Qazaxıstan arasında son illər mədəni əlaqələr daha da genişlənib, bu sahədə ardıcıl işlərin aparılması nəticəsində münasibətlər xeyli dərinləşib.

Rəsmi çıxışlardan sonra Qazaxıstandakı Azərbaycan icmasından olan musiqiçilər hədiyyə olunmuş musiqi alətlərində ifalar edib və kiçik konsert proqramı təşkil olunub.

Sonda alətlər muzeyin ekspozisiya zalına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə