Muzeylərdə "Açıq qapı” olacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib. SİA-nın məlumatına görə, həmin gün paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə