"Hərgah, türklər elm və mərifətə zidd olsaydı..." Üzeyir Hacibəyli
1885-ci ildə sentyabr ayının 18-də Şuşada Əbdülhüseyn bəy Hacıbəyovun oğlu Üzeyir xan qızı Xurşidbanu Natəvanın yanında əvvəl mirzəlik, daha sonralar isə təsərrüfat işlərinə rəhbərlik edib. Əbdülhüseyn bəy Şirinbəyim xanımı da elə Xurşidbanu Natəvanın sarayında görüb və 1870-ci ildə ailə həyatı qururlar. Şirinbəyim xanım isə mülkədar ailəsində doğulmuş bir xanım idi.
Üzeyir Hacıbəylinin uşaqlığı Şuşada keçib və ibtidai təhsilini də elə Şuşada alıb. İbtidai təhsil aldıqdan sonra o Haşim bəy Vəzirovun rəhbər olduğu Nikoleyevski adına mülki rus-tatar məktəbində davam etdirilib. Üzeyir Hacıbəylinin ilk musiqi müəllimi dayısı Ağalar bəy Əliverdibəyli olub. 1897-ci ildə Üzeyir Hacıbəyli Cabbar Qaryağdıoğlu ilə Ə.Haqverdiyevin səhnəyə qoyduğu "Məcnun Leylinin məzarı üzərində "səhnəsini müşayiət edən oğlanların xorunda iştirak edib. Məcnun rolunda çıxış edən isə Cabbar Qaryağdıoğlu idi. Üzeyir Hacıbəylinin ilk qələm təcrübəsi də məhz bu dövrə aid idi. Hacıbəyli 13 yaşında "Kitabı-məzhəkə" adlı nağıl və hekayələr kitabı yazıb, kitab üçün illiüstrasiyaları özü çəkib.
Üzeyir Hacıbəylinin Xurşidbanu Natəvanın evində olduğu haqda Zülfüqar Hacıbəyli də məlumat verir. Üzeyir bəy 1896-cı ildə Qori Müəllimlər Seminariyasına imtahan vermək üçün Tiflisə gedir, lakin seminariyaya 1899-cu ildə qəbul olunur. 1899-cu ildə Üzeyir bəylə birlikdə seminariyaya qəbul olunanlar arasında Zülfiqar Hacıbəyov, İsmayılbəyov, Qulam Vahabov, Həmid Əfəndiyev, Sayad Namazov, Əyyub Budaqov və Əli Terequlov da var idi.
Əli Terequlov Üzeyir bəyin dostu və qohumu idi. Terequlov öz xatirələrində yazır: 1899-1900-cü illərdə Üzeyir Hacıbəylinin Qori Müəllimlər Seminariyasında necə təhsil almağı haqda sinif rəhbəri K.Karakenidzenin yazdığı xasiyyətnamədən bilmək olar: "Qabildir, yoldaşlarından daha çox ürəyiaçiqdır. Şəkil çəkməyi və kitab oxumağı sevir. Azərbaycandan ruscaya və əksinə, özü könüllü olaraq məqalələr tərcümə edir. Xasiyyətcə şəndir, ayiqdır.
1901-ci ildə Üzeyir bəyin atası dünyasını dəyişir və bu hadisə onun həyatına təsirsiz ötüşmür. 1901-1902-ci ildə ona aid olan xasiyyətnamədə göstərilir. "Hacıbəyovdakı şuxluq yox olub, onun xasiyyətində şənlikdən çox qəm-kədər vardır. Tez-tez qaradinməz və qaşqabaqlı olur.
1904-cü ildə iyunun 1-də Üzeyir bəy Qori Seminariyasını uğurla bitirir. İbtidai məktəb müəllimi olur. 1904-cü ildə Qorini bitirən hər kəsə təyinat verilir, bir Üzeyir bəydən başqa. 1904-cü ildən avqust ayının 25-dən Üzeyir bəy müəllimlik fəaliyyətinə başlayır. Rus dili, hesab, tarixdən dərs deyir, nəğmə və musiqi öyrədir. Lakin 1905-ci ildən ermənilərlə türklər arasında başlanan münaqişəyə görə Üzeyir bəy Hadrudu tərk edir və avqustda Bakıya gəlir. Üzeyir Hacıbəyov Bibiheybətdə fəhlələrin uşaqlarına dərs deyir.
Üzeyir bəy jurnalistikaya ilk dəfə "Həyat" qəzetində başlayıb. Həyat qəzetinin redaktorları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə idi. Qəzetin ilk nömrəsi 1905-ci ildə dərc olunmuşdur. Üzeyir Hacıbəylinin ilk yazısının çox maraqlı bir tarixi var. Belə ki,"PeterPeterburqskiye vedomosti" qəzetinin 210-cü nömrəsində Üzeyir bəyin mənsub olduğu millət Şimali Amerikada yaşayan qızıldərililərlə müqayisə olunurcü. Üzeyir bəyin bu dövrdə 20 yaşı var idi və o bu məsələyə biganə yanaşmır-bu məsələyə cavab məktubu yazır: "Doğrudur, Avropa xalqları mədəniyyəti ana bətnində qazanmayıb, ona görə də, indi işıqlı qapı üzümüzə açılıbsa, türklərin də avropalaşması üçün səy göstərilməlidir. "
"Hərgah türklər elm və mərifətə zidd olsaydı, məktəb açmaq istərdirmi? Türklər "qırmızı dəri" vəhşiləritək olsaydı, "haqq" ləfzini anlayardımı? Hüquqda müsavi olmağı tələb edərdimi? Heç nə ...".
Üzeyir bəyin maraqlı yönlərindən biri də müxtəlif imzalardan və başlıqlardan istifadə etməsidir. O, "Filankəs", "Bir kəs", "U", "Üzeyir", "Bisavad", "Avara", "Çi" və s. gizli imza ilə xeyli məqalə, felyoton, satirik miniatürlər yazıb.
Zülfiyyə Hüseynova, tələbə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB