Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə böyük mütəfəkkirin ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb.
Qeyd edilib ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.
Tədbirdə şairin poeziyasından, onun fəlsəfəsindən və incəliklərindən danışmaqla yanaşı, qəzəlləri muğam üstə ifa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB