“Ayrılarmı könül candan - Azərbaycan!” - KONSERT

“Ayrılarmı könül candan - Azərbaycan!” - KONSERT

Mayın 21-də Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert proqramı təşkil ediləcək. SİA-nın məlumatına görə, Azərbaycanın Özbəkistandakı səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı və Ərəstun Quliyev klassik Azərbaycan mahnılarını, Əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Abuzər Manafzadə fortepianoda milli musiqi nümunələrini ifa edəcəklər.

Konsertdə dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Müslüm Maqomayev, Tofiq Quliyevin, Abuzər Manafzadənin əsərlər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə