Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası təqdim ediləcək. SİA-nın məlumatına görə, tamaşa mayın 12-də təqdim ediləcək.
Rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Tamaşanın plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Leyla Atayevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB