Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin musiqilərindən ibarət disk hazırlanır. SİA-nın məlumatına görə, 5 diskdən ibarət topluda bəstəkarın musiqiləri yer alacaq.
Bununla yanaşı, DVD-lərdən birində Xəyyam Mirzəzadənin baletləri yer alacaq. Toplu üzərində işlərə başlanılıb və yaxın gələcək üçün ictimaiyyətin ixtiyarına verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, disk və DVD Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə