Azərbaycan filmləri İranda maraqla qarşılanıb - FESTİVAL

Azərbaycan filmləri İranda maraqla qarşılanıb - FESTİVAL

İranın Babol şəhərində keçirilən 9-cu Vareş Beynəlxalq Film Festivalı maraqla qarşılanıb. SİA-nın məlumatına görə, festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra MirRza və prodüser Elşən Əliyev təmsil ediblər. Azərbaycanın “Qanadlı möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak etmiş və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş edilib.

Festivalda, həmçinin, Azərbaycan kinosuna həsr olunan tədbir keçirilib, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə