İranın “Kojaro.com” turizm portalı iranlılara səyahət etmək və yaxşı dincəlmək üçün Azərbaycanı seçməyi məsləhət görür. “Kojaro” sözü fars dilindən tərcümədə “haraya” deməkdir. Yəni istirahət etmək üçün haraya getmək lazımdır.
SİA-nın məlumatına görə, portal Abşeronun və Lənkəranın çimərlikləri və istirahət məkanları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın əlverişli iqlimi və Xəzər dənizi sahilində gözəl məkanları var. Burada mənalı və rahat istirahət etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB