Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yubileyi qeyd olunub -TƏDBİR-FOTOLAR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beş illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan multikulturalizminin siyasi banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə Mərkəzin icraçı direktoru Rəvan Həsənov açıb. Beş illik fəaliyyətlə bağlı videoçarx izlənildirkdən sonra R. Həsənov Azərbaycanda multikulturalizminin varlığından və Mərkəzin fəaliyyətindən bəhs edib.
Daha sonra professor Kamal Abdullayev və diğər qonaqlar çıxış edib. Çıxışçılar dövlətimizin multikulturalizmə verditi dəstək barədə geniş fikir söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB