Kadir Misiroğlu vəfat edib

Mustafa Kamal Atatürkə qarşı sərt mövqeyi ilə seçilən türk tarixçisi Kadir Misiroğlu 86 yaşında vəfat edib.

SİA-nın məlumatına görə, o, bir müddətdir Acıbadəm Altunizade Xəstəxanasında malicə olunurdu.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan özünün Twitter səhifəsində tarixçinin ölümü ilə bağlı yazıb: “Ölkəmizin önəmli tarixçilərindən biri olan Kadir Misiroğlunun vəfatını təəssüf hissi ilə qarşıladım. Hörmətli Misiroğluna Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə