Bu gün bəstəkar Ramiz Mirişli anılacaq- ANONS

Bu gün bəstəkar Ramiz Mirişli anılacaq- ANONS

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
SİA-nın məlumatına görə, gecədə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə