"Beynəlxalq təşkilatlar "Bakı prosesi"nin nüfuznun artırılmasında maraqlıdırlar" AÇIQLAMA

"Beynəlxalq təşkilatlar "Bakı prosesi"nin nüfuznun artırılmasında maraqlıdırlar" AÇIQLAMA

"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya miqyasında özünəməxsus, çox hörmətli, nüfuzlu bir yer tutub. Heç də təsadüfi deyil ki forum BMT-nin ötən ilki hesabatında dünyanın mədəniyyətlərarası dialoq sahəsində ən mühüm platforma kimi qiymətləndirib". SİA-nın xəbərinə görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, bu cür yanaşma, münasibət dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanların həm reallıqda ölkəmizdə mövcud reallıqları ilə tanış olmaq imkanı,eyni zamanda bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmaq imkanı yaradır. Nazir söyləyib ki, forumun hazırlıq dövründə xüsusi beyn mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var ki, onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar: " "Hazırlıq prosesi həm elmi, həm də təcrübə mübadiləsi baxımından önəm daşıyır. Odur ki, forumda müzakirəsi tövsiyə olunan mövzular hər bir beynəlxalq təşkilat üçün uğurlu oldu. Gördüyünüz kimi bütün auditoriyalar demək olar ki dolu idi. Müzakirələrin gərgin şəkildə keçdiyini əyani şəkildə gördük". Ə. Qarayev qeyd edib ki, " Bakı prosesi"nin uğuru burada elm dairələri birləşdirən mütəxəssislərin, həm təcrübə ilə məşğul olan dövlət siyasətini müəyyənləşdirən qurumlarının nümayəndələrinin, həm də ən ın nəhayət qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin iştrak etməsidir: " Bu vəhdətlik mədəniyyətlərarası dialoq mövzusunun bütün cəmiyyətlər üçün aktual olduğunu əyani sübut edir. Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü bu gün tamamilə yeni səviyyəyə qalxıb. "Bakı prosesi" anlayışının Azərbaycanın adı ilə bağlı olduğunu xüsusilə qeyd etməklə yanaşı, deməliyik ki, bütün diplomatik yazışmalarda, terminologiya lüğətlərdə özünəməxsus yer tutub. Bu da onu sübut edir ki, cənab Prezidentin apardığı beynəlxalq siyasət artıq nəinki Azərbaycanın özündə, nəinki regionda, dünya miqyasında çox böyük nüfuza, uğura malikdir". Nazir hesab edir ki, bu təşəbbüs yaşayacaq: "Foruma gələn insanlar xoş təəssüratlarla Bakı ilə vidalaşır. Forumda aparılan müzakirələrin ilkin nəticələri göstərir ki," Bakı prosesi"nin nüfuzu və əhəmiyyətinin daha da artırılması bütün beynəlxalq təşkilatların böyük marağı və arzusu var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə