Arif Babayev: “Əgər görsəm ki, özümü yaxşı hiss edirəm, o zaman müsabiqələrdə oxumağı belə düşünürəm”- AÇIQLAMA
"Bir çox müsabiqələrdə münsiflər heyətinin tərkibində iştiak edəcəyəm". Bunu SİA-ya açıqlamasında xalq artisti Arif Babayev bildirib. Onun sözlərinə görə, ilk olaraq Bakıda keçiriləcək II Respublika Muğam müsabiqəsində münsiflər heyətində olacaq: "Belə ki, artıq bu müsabiqədə iştirak etmək istəyənlərin sənəd qəbulu başlayıb. Həmin müsabiqədə məndən başqa, həmçinin xalq artistləri Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və Ramiz Zöhrabov da olacaq".
Arif Babayev onu da vurğulayıb ki, II Respublika Muğam müsabiqəsinin ardınca martın 14-dən 21-nə qədər Bakıda II Beynəlxalq Muğam Festivalı da təşkil oluncaq: "Bu festivalda da yenə münsiflər heyətinin tərkibində olacağam. Əgər görsəm ki, özümü yaxşı hiss edirəm, o zaman müsabiqələrdə oxumağı belə düşünürəm. Hər şey insanın öz əhval-ruhiyyəsindən asılıdır".
II Beynəlxalq Muğam Festivalında Azərbaycanı fevralın sonunda keçiriləcək Respublika Muğam Müsabiqəsinin üç qalibin təmsil edəcəyini deyən xalq artisti: "Müsabiqənin püşkatma mərasimi martın 17-də olacaq. Martın 18-i, 19-u və 20-si isə müsabiqə günləridir".
Qeyd edək ki, II Respublika Muğam Müsabiqəsi Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Konservatoriya və Muğam Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB