Bu forumun növbəti mərhələdə dünyaya bir mesajı olacaqdır

Bu forumun növbəti mərhələdə dünyaya bir mesajı olacaqdır

"Hazırda V Ümumdünya Mədəniyyətlərarası Dualoq Forumu öz işini davam etdirir və biz 1-ci onillikdən növbəti onilliyə daxil olmuşuq və ideya da bundan ibarətdir ki, əvvəlki Forumlarda daha çox dialoqların qurulması təşviq olunurdusa, bu Forumda daha çox dialoqun qurulması üçün vasitələrin müəyyən edilməsi, o vasitələrin xüsusi tədbirlər şəklində müəyyən ediləcək ölkələr üzərində müvafiq öhdəlik şəklində qoyulması beynəlxalq qurumların gündəliyinə daxil edilməsini nəzərdə tutur". Bu sözləri SİA-ya müsahibəsində Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, Forumun əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə deyib.

"Ümumilikdə forum çərçivəsində 21-dən çox tədbir nəzərdə tutulur. Açılış mərasimi artıq olub, keçdi. Cənab Prezident də çıxış etdi, dünyaya öz mesajlarını verdi. Daha sonra bu Forumun rəsmi tərəfdaşları olan YUNESKO, BMT-nin Sivilizasiyalararası Alyansı, ISESKO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası rəsmilıri də çıxış etdilər və hər biri dünyada baş verən hadisələrin qarşısının alınması üçün Bakı Prosesinin əhəmiyyətinə toxundular. Xüsusilə qeyd etməliyəm ki, Forum çərçivəsində nazirlər konfransı, beynəlxalq təşkilat rəhbərlərinin paneli, mədəni müxtəlifliyin qurulması, təşviq edilməsi, gənclərin liderliyi, miqrasiya yerdəyişmə və insan təhlükəsizliyi ilə bağlı sessiyaların keçirilməsi nəzərdə tutulur. Bu mövzuların hər birinə kifayət qədər ekspertlər, dövlət xadimləri dəvət olunub ki, onlar bu paneldə öz fəal mövqelərini bildirəcəklər və hesab edirik ki, bu forumun da növbəti mərhələdə dünyaya bir mesajı olacaqdır"- deyə nazirlik rəsmisi bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə