"Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Təl-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək". SİA-nın məlumatına görə, bu sözləri “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev deyib.
Musiqiçi komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçdikləri üçün məmnun olduğunu bildirib: "İlk məşqimiz əla keçib və komandamızda çox gözəl harmoniya var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB