Azərbaycanın İtaliyadakı Səfirliyinin əməkdaşları Məhəmməd Əsəd bəyin məzarını ziyarət ediblər

Azərbaycanın İtaliyadakı Səfirliyinin əməkdaşları Məhəmməd Əsəd bəyin məzarını ziyarət ediblər
Azərbaycanın İtaliyadakı Səfirliyinin əməkdaşları "Əli və Nino" əsərini Qurban Səid təxəllüsü ilə yazan məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin məzarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətini Pozitano şəhərinin meri Mikele de Luciya müşayiət edib. Səfirliyin nümayəndələri şəhər ictimaiyyəti ilə görüşüb və yazıçılar evinə baş çəkiblər.

Mikele de Luciya vurğulayıb ki, şəhər ictimaiyyəti 1938-1942-ci illərdə Pozitano şəhərində yaşayan və yaradan Məhəmməd Əsəd bəyə böyük hörmət bəsləyir. Şəhərin meri qeyd edib ki, Əsəd bəy Azərbaycan və İtaliya xalqlarının arasında körpü rolunu oynayıb.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov Azərbaycan yazıçısına qarşı olan sevgi və hörmətə görə Pozitano sakinlərinə öz təşəkkürlərini çatdırıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkələr arasındakı iqtisadi, mədəni əməkdaşlıq məsələlərini, həmçinin turizmin inkişafı məsələsini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə