"Ədibin əsərlərinin daha dərindən tədqiq edilməsi zəruridir" -MÖVQE
"Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğıya bariz nümunədir. Dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfranslar, elmi sessiyalar keçirilir". SİA-nın məlumatrına görə, bu sözləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Nəsili ili" çərçivəsində keçirilən tədbirdə deyib.
Akademik əlavə edib ki, Nəsiminin 650 illik yubileyinə həsr edilən yekun tədbir noyabr ayında keçiriləcək. İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Mütəfəkkir şair Nəsiminin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti bu gün ədibin əsərlərinin daha dərindən tədqiq edilməsinin zəruriliyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını və il ərzində nəşr olunacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB