Əbülfəs Qarayev: “2011-ci ildə ölkəyə gələn turistlərin sayının 2 milyona çatacağını gözləyirik”- AÇIQLAMA

Əbülfəs Qarayev: “2011-ci ildə ölkəyə gələn turistlərin sayının 2 milyona çatacağını gözləyirik”- AÇIQLAMA
2011-ci ilin "Turizm ili" elan olunmasından sonra proqramın təsdiq olunması üçün lazımı işləri görmüşük. SİA-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlamasında bildirib.

Nazir ötən 5 il ərzində gördükləri işlərə nəzər salıb. Belə ki, Ə.Qarayev vurğulayıb ki, keçən illə müqayisədə bu il ölkəyə 100 minə qədər turist gəlib: "Ölkəyə gələn turistlərin sayı 1 milyon 900 mini keçib. 2011-ci ildə isə bu rəqəmin 2 milyona çatacağını gözləyirik".

Bu il böyük infrastruktur layihələrinin, otellərin açılış mərasiminin həyata keçiriləcəyini qeyd edən nazir: "Turizm ili" yalnız turizm obyektlərinə yox, mədəniyyət ocaqlarına da aiddir. Mədəniyyət ocaqları, yaradıcılıq təşkilatları da bununla əlaqədar yeni layihələr təqdim etməlidir. Bu ilin "Turizm ili" elan olunması ölkənin tanıdılması üçün böyük imkanlar yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə