"Azərbaycan Dubayda “ATM 2019” turizm sərgisində fəal iştirak edir"
"Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində çox fəal iştirak edir". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə açıqlamasında bildirib.
O, əlavə edib ki, ölkəmizin yeni turizm konsepsiyasına uyğun olaraq Yaxın Şərq regionunda keçirilən ən iri sərgisində müxtəlif turizm şirkətləri və otellərlə yanaşı, Azərbaycan Hava Yolları (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu da sərginin 28 iştirakçısı sırasındadır: “Bununla yanaşı bildiyiniz kimi, Yaxın Şərq turizm bazarı bir qədər qeyri sabit olur, çünki siyası və iqtisadı amillərlə bağlıdır və biz daima bunu nəzərə alırıq. Azərbaycan Yaxın Şərqdə ötən ilin dekabrından iki rəsmi turizm nümayəndəliyi açıb – Dubayda və Ər-Riyadda. Bu regionda Azərbaycanın iştirak etdiyi ilk tədbir deyil. Bundan öncə, Dövlət Turizm Agentliyi Ər-Riyadda keçirilən sərgidə geniş tərkibdə iştirak edib. Ümumiyyətlə ölkəmizin turizm potensialının təşviqi istiqamətində müxtəlif alətlərdən istifadə edilir. Məsələn, Azərbaycana buradan media turlar təşkil olunur, blogerlər dəvət olunur və digər addımlar atılır. Onu dəyə bilərəm ki, biz çox fəal işləyirik, çünki əsas bazarlarımızdan, yəni Azərbaycana daha çox turistlərin gəlməsini təmin edəcək regionlarından biri məhz Yaxın Şərq bölgəsidir”.
Qeyd edək ki, mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir. 190 kvadratmetr ərazidə təşkil olunan sərgidə, Azərbaycan ən böyük stendlə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB