Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçirilib-TƏDBİR
Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi, 3 dildə nəşr olunan "Mədəniyyət" kataloqunun 4-cü sayının və "Bizim nəşrlər" kataloqunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görkəmli mədəniyyət xadimləri, müəlliflər, nəşriyyat işçiləri və başqaları iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nazirlik 5 illik fəaliyyəti dövründə Azərbaycan xalqının bilik daşıyıcısı olan kitab nəşri sahəsində mühüm işlər görüb. Onun sözlərinə görə, 5 il ərzindəki rəqəmlər də göstərir ki, bu sahədə çox mühüm layihələr həyata keçirilib, proqramlar icra olunub və yeni kitablar nəşr olunub. Nazir vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı kitab nəşrində də öz töhfələrini verməkdədir: "Tarix boyu Azərbaycan çoxlu problemlər yaşayıb, ona böyük zərbələr vurulub, xalq üçün ən dəyərli bilik daşıyıcısı olan dili dəfələrlə dəyişdirilib. Belə ki, Azərbaycanın son 100 ildə 4 dəfə əlifbası dəyişib və bu da kitabların, tarixin qorunub saxlanmasında müəyyən problemlər yaradıb. İnanırıq ki, bundan sonra Azərbaycanın dili, əlifbası dəyişməyəcək. Azərbaycan prezidentinin mədəniyyət sahəsinə qayğısı sahəsində hazırlanan yeni kitablar lazım olan səviyyədə ictimaiyyətə çatdırılacaq".
Mədəniyyət və turizm naziri vurğulayıb ki, 5 il ərzində Azərbaycana böyük töhfələr verən insanlara dair yeni əsərlər hazırlanıb, qədim dövrdə nəşr olunan kitabların yenidən nəşr olunması ilə bağlı layihələr həyata keçirilib. Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda kitab işi ölkə hüdudlarını aşaraq, müxtəlif ölkələrdə keçirilən kitab sərgilərində iştirak edib: "Son 5 ildə çap olunan 100 ada qədər müxtəlif nəşrlər xarici ölkələrdə keçirilən 20-25 turizm sərgilərində nümayiş olunub. Ancaq təbii ki, bu uğurlarla kifayətlənmək düzgün olmazdı. Gələcəkdə hələ görüləsi işlərimiz var və bunları həyata keçirmək üçün bütün mədəniyyət ictimaiyyətinin dəstəyini gözləyirik".
Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun aparıcı məsləhətçisi Hüsniyyə Səmədova son 5 ildə kitab nəşri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, ötən 5 il ərzində nazirlik tərəfindən 150 addan çox 1 milyon tiraja yaxın kitab nəşr olunub. 3 dildə nəşr olunan "Mədəniyyət Kataloqu"nun artıq 4 sayı işıq üzü görüb: "Bundan əlavə, ölkədə çap olunan kitablar bir çox beynəlxalq müsabiqələrdə təmsil olunur. Hətta ötən il Fransada keçirilən müsabiqədə bir Azərbaycan kitabı Qran Pri mükafatına layiq görülüb".
Tədbirin davamında çıxış edənlər ölkədə kitab nəşri sahəsində Mədəniyyət və Turizm Nazirliyinin əməyini yüksək qiymətləndirib və bunların işlərin gələcəkdə davamlı olacağına ümid etdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB