II Respublika Muğam müsabiqəsinin başlanmasına dair mətbuat konfransı keçirilib- FOTO
Bu gün Təhsil Nazirliyində Bakıda keçiriləcək II Respublika Muğam müsabiqəsinə dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, yanvarın 29-dan artıq sənədlərin qəbulu başlayır: "Artıq sabahdan etibarən müsabiqədə iştirak etmək istəyənlərin sənəd qəbuluna start verilir. 18-35 yaş arası istedadı olan bütün insanlar sənəd qəbulunda iştirak edə bilərlər. Sənəd qəbulu fevralın 20-də dayandırılacaq".
Münsiflər heyətinin rəhbəri bildirib ki, fevralın 25-də "Kilxa"da keçiriləcək sonuncu konsertdə qaliblərin adları açıqlanacaq: "Konsertin burada keçirilməsində məqsəd ifaçıların heç bir mikrofon və ya texnika vasitəsindən istifadə etməməsidir. Hər zaman ifaçıların mikrofondan istifadə etməsinin əleyhinə olmuşam. Buna görə də konsert üçün bu zalı seçdik".
"Bu ilin seçimləri üçün bir sıra şərtlərimiz olub və onlardan biri də odur ki, ifaçılar özlərinə məxsus olan video görüntülər gətirməlidirlər. Çünki çox zaman təqdim olunan səs yazılarında onların yalnız səslərini eşidirik. Ancaq video görüntülərdə isə onların həm görüntüsünü, həm də səslərini eşidə biləcəyik",- deyə xalq artisti əlavə edib.
Müsabiqənin münsiflər heyətinin rəhbəri olduğunu qeyd edən xalq artisti: "Münsiflər heyətinin tərkibində məndən başqa həmçinin xalq artistləri- Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və Ramiz Zöhrabov da olacaq"-, deyə əlavə edib.
Siyavuş Kərimi müsabiqəni keçirməkdə əsas məqsədin gələcək ustad sənətkarların aşkara çıxarılması olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, II Respublika Muğam Müsabiqəsi Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Konservatoriya və Muğam Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB