“Muğam fəzası” II Beynəlxalq Muğam Festivalına həsr edilən mətbuat konfransı keçirilib- FOTO

“Muğam fəzası” II Beynəlxalq Muğam Festivalına həsr edilən mətbuat konfransı keçirilib- FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) martın 14-dən 21-nə qədər Bakıda təşkil olunacaq "Muğam fəzası" II Beynəlxalq Muğam Festivalına həsr edilən mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən ABİ-nin sədri Firəngiz Əlizadə bildirib ki, ikinci dəfə keçiriləcək festival Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilib.

Festivalın proqramını açıqlayan ittifaq sədri deyib ki, martın 14-də Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli açılış mərasimi olacaq. Bir həftə ərzində Bakıda müxtəlif silsilə tədbirlər keçiriləcək. Martın 16-da, 17-də və 18-də YUNESCO səviyyəsində beynəlxalq elmi simpozium təşkil olunacaq. Müxtəlif ölkələrin ən görkəmli musiqişünaslarının, alimlərinin qatılacağı simpoziumun materialları kitab şəklində Azərbaycan, rus, ingilis və ərəb dillərində hazırlanacaq. Martın 18-də, 19-da və 20-də gənc muğam ifaçılarının müsabiqəsi təşkil ediləcək. Festival çərçivəsində hər gün saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində muğam konserti olacaq. Bununla bərabər, hər gün saat 22:00-da Caz Mərkəzində tanınmış caz ifaçılarının konsertləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə