Mədəniyyət və Turizm Nazirliyi “CMT - 2011” beynəlxalq turizm sərgisində iştirak edib

Mədəniyyət və Turizm Nazirliyi “CMT - 2011” beynəlxalq turizm sərgisində iştirak edib

Cari ilin 15-23 yanvar tarixlərində Almaniyanın Ştutqart şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun əməkdaşları V. Şixəmmədov və C. Kəlbəliyev "CMT - 2011" beynəlxalq turizm sərgisində iştirak ediblər. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycan adıçəkilən sərgidə ilk dəfə iştirak edib. Qeyd olunan sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi 36 м2-lik stendlə təmsil olunub.

Sərgi müddətində Azərbaycanın stendinə çoxlu sayda yerli ziyarətçilər gəlib. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verildi, respublikamızın zəngin turizm potensialına malik olması alman və ingilis dillərində buklet və xəritələr vasitəsilə nümayiş etdirilib.

Sərgidə 300 000-ə yaxın ziyarətçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə