“Azərbaycan dünyası” beynəlxalq jurnalın növbəti sayının təqdimat mərasimi keçirilib- FOTO

“Azərbaycan dünyası” beynəlxalq jurnalın növbəti sayının təqdimat mərasimi keçirilib- FOTO
Bu gün "Azərbaycan dünyası" beynəlxalq jurnalın növbəti sayının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda çıxış edən jurnalın təsisçisi və baş redaktoru Eldar İsmayılov bildirib ki, jurnalın hər sayında müxtəlif mövzulu yazılar dərc olunur. "Jurnalın 101-ci buraxılışında Ukrayna- Azərbaycan arasında olan dostluq münasibətləri öz əksini tapıb. Hər sayda müxtəlif mövzulara toxunulur. Bu nömrədə də ilk dəfədir ki, Ukrayna dövləti haqqında yazılara yer ayırmışıq",-deyə o əlavə edib.

Baş redaktor onu da qeyd edib ki, digər ölkələr haqqında çoxlu sayda nömrələrimiz çap olunub: "Misal olaraq Rumıniya, Rusiya ilə bağlı 4 nömrəmiz, Dağıstan haqqında isə 3 sayımız işıq üzü görüb. Bizim jurnal artıq çoxdandır ki, beynəlxalq status alıb. 101-ci nömrədə Ukrayna haqqında çıxan yazı deyərdim ki, böyük rezonansa səbəb olub".

Eldar İsmayılov gələcəkdə görəcəkləri işlər haqqında da məlumat verib. Belə ki, "Dədə Qorqud" Fondu 2011-ci ildə 18 proqram layihəsi həyata keçirəcək. Bununla yanaşı, junalın növbəti sayında Türkmənistanla bağlı layihələr öz əksini tapacaq".

Jurnalın təsisçisi 101-ci nömrəsinin bir sıra Avropa ölkələrində də nümayişinin nəzərdə tutulduğunu da bildirib.

Mərasimin sonunda "Dədə Qorqud" Fondu Azərbaycan dünyası "Azərtac" informasiya agentliyini, "Ayna" qəzetini və İctimai Televiziyanı fondun təsis etdiyi medalla təltif edib. Bununla yanaşı, 2010-cu ildə vətən yolunda şəhid olan əsgərlərimizin analarına Fond tərəfindən hazırlanan "Mehriban ana" qızıl medalı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə