Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə azərbaycanlı rəssam Mira Məmmədovanın və Fransada yaşayan gürcü rəssam Levan Mosiaşvilinin 50-yə yaxın əsəri nümayiş etdirilib. Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Yaponiyanın səfiri Tadaharu Uehara, mədəniyyət və incəsənət xadimləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Muzeydə təşkil olunan tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini xüsusi qeyd edib.
Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Çerçvadze bildirib ki, mədəniyyətin ölkələr arasında yaratdığı körpü daha möhkəm və əbədi olur. O, tədbirin təşkilini yüksək qiymətləndirib və rəssamlara uğurlar arzulayıb. Sərgidə gənc rəssamın yağlı boya və akvarel boya ilə çəkdiyi 15 əsəri nümayiş etdirilir. Levan Mosiaşvili tədbirin təşkilatçılarına dərin minnətdarlıq edib. Bildirib ki, sərgidə onun 30-dan çox əsəri nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB