Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçirilib

Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, respublikanın mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılıb.

Tədbirdə çıxış edən Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev Baba Mahmudoğlunun sənətsevərlərin xatirində səhnədə ustalıqla yaratdığı parlaq və bənzərsiz obrazları, şaqraq zəngulələri ilə qaldığını deyib.

Mərasimdə, həmçinin xanəndənin xatirəsinə həsr olunmuş rəngarəng konsert proqramı təqdim edilib. Xalq artistləri Arif Babayevin, Qəndab Quliyevanın, Səkinə İsmayılovanın, əməkdar artistlər Gülüstan Əliyevanın, Vəsilə İbrahimovanın, Zeynəb Behbudovanın, Ədilə Əflakinin və digərlərinin ifaları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə