Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçiriləcək- FOTO

Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçiriləcək- FOTO

Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görən nəşr məhsullarından ibarət kitab sərgisi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sərgi ilə yanaşı, həmçinin 3 dildə nəşr olunan "Mədəniyyət" kataloqunun 4-cü sayının və "Bizim nəşrlər" kataloqunun nümayişidə həyata keçiriləcək. Sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.

Tədbirdə görkəmli mədəniyyət xadimləri, müəlliflər, nəşriyyat işçiləri, KİV nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, təqdimat mərasimi yanvarın 28-də, saat 12:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə