Ötən il bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib - STATİSTİKA

Ötən il bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib - STATİSTİKA

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilmiş filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilmişdir. SİA-nın məlumatına görə, qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilmişdir), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı, ümumilikdə isə 341 adda film məhsulu istehsal edilmişdir.

Bu dövr ərzində istehsal olunan ekran əsərlərindən 65 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 59 ölkədə keçirilmiş Kann, Venesiya, Berlin, Karlovy Vary, Tokyo, Moskva və s. 238 film festivalının müsabiqə proqramına seçilərək, 367 dəfə həmin festivallarda iştirak etmiş və 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 146 müxtəlif mükafat qazanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə