"Dövlətin qayğısı teatrların hərtərəfli inkişafına yol açacaq" - ÖZƏL
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Sərəncamı olduqca təqdirəlayiqdir. Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün daha yaxşı şərait yaradılacaq". Bu sözləri SİA-ya açıqlamasında Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov bildirib.O, əlavə edib ki, bölgələrdə teatrların inkişafı mədəniyyətimizə olan diqqətin daha bir nümunəsidir: "Tearta olan marağın daha da artması üçün bölgələrdəki dinamika artmalıdır. Bu maraq inanıram ki, bundan sonra daha da çoxalacaq. Bildiyiniz kimi, ölkə Prezidentinin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılıb. “Yuğ”, Pantomima teatrlarına, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şəki, Ağdam, Füzuli, Qazax Dövlət Dram teatrlarına, Qusar Dövlət Ləzgi Dram Teatrına, Qax rayonu Gürcü Dövlət Dram Teatrına lazımı diqqət göstəriləcək. Dövlətin qayğısı teatrların hərtərəfli inkişafına yol açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB