"YARAT" akademiyasının növbəti qonağı kanadalı xanım rəssam Mendi Merzaban olacaq. Aprelin 19-da, "Artım" layihə məkanında reallaşacaq tədbirdə müasir və konseptual sənət üzrə müzakirələr aparılacaq, maraq doğuran suallar cavablandırılacaq. M.Merzaban ərəb modernizmi sahəsində ixtisaslaşan müasir və konseptual sənət üzrə kurator, rəssam və yazıçıdır. Onun tədqiqatları kinetik şəkillərin, mətnlərin və çap vasitələrinin yaddaşa və dilə necə təsir etməsinə əsaslanır.
Hazırda M.Merzaban "YARAT Art" rezidensiya proqramının iştirakçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB