"Narkotizm probleminə qarşı yeni mərhələ başlayıb" - AÇIQLAMA
"Ölkəmiz müstəqillik əldə etdikdən sonra narkotizm probleminə qarşı yeni mərhələ başlayıb. Narkotizm və narkobizneslə mübarizənin əsası ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub". Bu sözləri Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Azərbaycan İstiqlal Muzeyində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya bəşəriyyətin bəlası” adlı rəsm sərgisində çıxışı zamanı deyib.
O, əlavə edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları çərçivəsində bu istiqamətdə müxtəlif tədbirlər keçirilir.
Müəllif: Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB