Azərbaycan Yazıçılar Birliyində gənc yazıçıların yaradıcılıqlarının müzakirəsi keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda gənc yazıçıların yaradıcılıqlarının müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, Gənc Yazarlar Birliyinin direktoru və AYB-nin üzvü Rəşad Məcid, gənc yazarlardan Qismət Rüstəmov, Zərdüşt Şəfizadə, Vüsal Nuru, Yeganə Cansail və başqaları iştirak edib.
İlk olaraq çıxış edən Rəşad Məcid bildirib ki, gənclərin istedadlarının aşkara çıxarılması çox yüksək qiymətləndirilməlidir: "Sevindirici haldır ki, bugunki tədbirdə 25 yaşlı gənc yazarların özləri ilə yaşıd olan cavan yazarların məruzələrini oxuyacaqlar. İlk dəfə bu tədbirlə bağlı Anar müəllimə müraciət edəndə bu fikrimi çox müsbət qarşıladı".
Birinci məruzəni gənc ədiblərdən Qismət Rüstəmov səsləndirib. Q. Rüstəmov "Xoş gəldin XXI əsr" adlı məruzə ilə çıxış edib. Gənc ədibin hazırladığı məruzədə ədəbiyyat sahəsində çatışmayan bəzi hallar və bu səbəblərin aradan qaldırılması məsələsi öz həllini tapıb.
Daha sonra digər gənc yazarlar də öz hazırladıqları məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra isə gənc ədiblərin məruzələri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB