Cari ilin 28 yanvar – 2 fevral tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2 fevral Gənclər günü"nə həsr edilmiş "Gəncliyin səsi" adlı silsilə tədbirlər keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov məlumat verib.
Tədbirlər içərisində muğam, caz, rep, estrada və klassik konsertlər, sərgilər, gənc yazarlarla görüş, həmçinin bu gün bizim üçün yeni sahə olan videoart sahəsində fəaliyyət göstərən gənclərimizin işlərinin nümayişi nəzərdə tutulur.
Tədbirlər Dövlət Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Milli Kitabxana və Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB