Diyarbəkirdə 1100 illik dini kitab tapılıb

Diyarbəkirdə 1100 illik dini kitab tapılıb

Türkiyənin Diyarbəkir bölgəsinin Ergani rayonunda 1100 illik tarixi olan ivrit dilində dini kitab tapılıb. SİA-nın məlumatına görə, qızıl hərflərlə yazılmış kitab 21 səhifədən ibarətdir.

Kitabı ələ keçirmək istəyən altı şübhəli şəxs aparılan operativ əməliyyatı zamanı saxlanılıb.

Tarixi əsər mühafizə altına alınmaq məqsədilə aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə