Bakıda mərakeşli pianoçunun konserti olub

Bakıda mərakeşli pianoçunun konserti olub

Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə keçirilən “Frankofoniya həftələri” çərçivəsində mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib. Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan “Arabaesque” adlı konsert proqramında məqsəd dinləyicilərin klassik musiqiyə marağını artırmaqdır.

Tədbirdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb. O, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə