Baş konsul: "Prezident tərəfindən mədəniyyət xadimlərinə böyük diqqət göstərilir" - RƏY
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov Dubayda açılan "Bakı mehi" sərgisinin ölkəmizin milli incəsənətinin təbliği və Azərbaycan mədəniyyətinin BƏƏ-də daha da yaxşı tanıdılması baxımından əhəmiyyətli olduğunu deyib. SİA-nın məlumatına görə, Baş konsul vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən incəsənət və mədəniyyət xadimlərinə daima böyük diqqət və qayğı göstərilir: "Məhz bu diqqətin nəticəsidir ki, qısa müddət ərzində Dubayda bir neçə sərgi təşkil olunub. Azərbaycan evi qısa müddətdir fəaliyyət göstərir və artıq bu məkan bütün həmvətənlərimizin doğma evinə çevrilib".
Müəllif: Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB