Aprelin 18-də, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Mürsəl Bədirovun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.Tədbir çərçivəsində Nazim Hacıəlibəyovun dirijorluğu ilə AzTV-nin Niyazi adına Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, tədbir Filarmoniya və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB