Əsl mədəniyyət və incəsənət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasında mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. Saatlıdakı Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin məsul işçiləri, rayon icra hakimiyyətinin rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər. SİA-nın məlumatına görə, mərasimdə qeyd olunub ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Festival iştirakçıları əvvəlcə Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də dekorativ tətbiqi sənət sahələri üzrə ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış incəsənət nümunələri ilə tanış olublar.
Həmçinin Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi qurulub.
Festivalda Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli rəqs nümunələri ilə çıxış ediblər. Musiqiçilər çıxışlarında simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
Saatlıda keçirlən festivalın konsert proqramında ötən il mükafatlandırılan incəsənət ustalarının da çıxışlarına yer verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB