"Çingiz Abdullayev Azərbaycanı dünyada təbliğ edən şəxsiyyətdir"
"Aaprelin 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub. Buna görə də mən böyük yazıçımızı təbrik edirəm". SİA-nın məlumatına görə, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev dünya şöhrətli yazıçı Çingiz Abdullayevin kitab təqdimatında deyib.
Nazir bildirib ki, Çingiz Abdullayev Azərbaycanı dünya miqyasında tanıdan, təbliğ edən şəxsiyyətlərimizdəndir: "Müxtəlif xarici ölkələrdə səfərdə olduğum zaman hər hansı bir mehmanxanada balaca bir kitab guşəsi varsa, orada Çingiz Abdullayevin bir kitabına rast gəlmək olur. Bu da o deməkdir ki, Azərbaycan ədəbiyyatı öz hüdudlarını aşaraq dünya səviyyəsində təqdim edilir, rəğbətlə qarşılanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB