"Azərbaycan dövləti muğamın inkişafına böyük töhfələr verib" - ÖZƏL

"Azərbaycan dövləti muğamın inkişafına böyük töhfələr verib" - ÖZƏL

"Dövlətimiz milli musiqimizə hər zaman böyük qayğı göstərib. Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub. Azərbaycan dövləti muğamın inkişafına böyük töhfələr verib". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti, sevilən sənətkar Mənsum İbrahimov deyib.

O, əlavə edib ki, dövlətimiz muğam sənətinin inkişafında xidmətləri olan sənətkarları qiymətləndirir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, orden və medallar verir: "Bu gün bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir. Görkəmli muğam ifaçılarının yubileyləri keçirilir, onların sənətinə layiqli qiymət verilir. Dövlət muğam sənətinin bütün nəsillərinə dəyər verir, istər yaşlı, istər orta yaşlı, istərsə də gənc xanəndələr tam olaraq dövlətimizin qayğısı ilə əhatə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə