Kamal Abdullanın “Sehrbazlar vadisi” romanının təqdimat mərasimi keçirilib- FOTO
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın "Sehrbazlar vadisi" romanının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində xalq yazıçısı Anar, AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin üzvü Rəşad Məcid və başqaları iştirak edib.
Tədbirdə ilk olaraq çıxış edən AYB sədri, xalq yazıçısı Anar ictimaiyyətə təqdim olunan romanın rus dili versiyasının böyük marağa səbəb olacağına inandığını deyib. O bildirib ki, əslində Yazıçılar Birliyində Kamal Abdullanın 60 illik yubileyinin qeyd olunması planlaşdırılıb. Lakin sonradan bu kitabın təqdimat mərasiminin keçirilməsi qərara alınıb.
Təqdimat mərasimində "Zlatoust " nəşriyyatının təsisçisii Stanislav Nikolayeviç Qolubev və baş redaktoru Anna Qolubeva da çıxış ediblər. Onlar Kamal Abdullanın sözgüedən kitabı ilə bağlı düşüncələrini bölüşüblər: "Düşünürük ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: O, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə də əski zamanlarda gördüyü röyaya çevrilirsən və bu röyalar haqqında roman yazırsan".
Qeyd edək ki, kitab Sankt-Peterburqun "Zlatoust" nəşriyyatında çap olunub. Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır.
Yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınıb və kitabda sakinləri məkanı və zamanı idarə etməyə qadir olan Sehrbazlar Vadisi və bu Vadidə baş verən fövqəladə hadisələrdən söhbət açılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB