Azərbaycan Dağıstanda təmsil olunacaq - FESTİVAL

Azərbaycan Dağıstanda təmsil olunacaq - FESTİVAL

Aprelin 22-dən 29-dək Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək. Tədbirdə Rusiya, Azərbaycan və Qazaxıstandan 20 teatr iştirak edəcək. SİA-nın məlumatına görə, teatrlar festivalı Dağıstanda ilk dəfə keçiriləcək. M.Qorki adına Mahaçqala Rus Dövlət Dram Teatrının direktoru Timur Maqomedovun sözlərinə görə, festival çərçivəsində tamaşalar respublikanın üç şəhərində - Dərbənd, İzberbaş və Mahaçqalada göstəriləcək.

Festival günlərində dünya xalqlarının, o cümlədən Rusiyanın klassik və müasir milli dramaturgiya əsərləri üzrə səhnələşdirilmiş ən yaxşı tamaşalar göstəriləcək. Eyni zamanda, aprelin sonunda tanınmış teatr tənqidçilərinin iştirakı ilə diskussiyalar və dəyirmi masalar, həmçinin ustad dərsləri və yaradıcılıq görüşləri təşkil olunacaq.

Festivalın açılışı günü Tatarıstanın Tukay adına Atnin Dövlət Dram Teatrının “İtirilmiş gün” tamaşası nümayiş etdiriləcək. Tədbirin son günündə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı “Ölülər” tamaşası göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə