"Bu universitetin səhnəsində mən çox çıxışlar etmişəm.Həmişə də çıxışlarım izləyicilər tərəfindən maraqla qarşılanıb. Pedaqoji Universitetin səhnəsinə çıxanda hər dəfə xatirələrim yenidən canlanır. Həyat insanı hər cür sınağa çəkir, əsas odur ki, insan ruhunu itirməsin". Bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetində səhnə alan Xalq artisti, sevilən ifaçı Ağadadaş Ağayev deyib. SİA-nın məlumatına görə, professor Nizami Xudiyevin yubiley tədbirində səhnə alan sənətkar tələbələr qarşısında şən mahnılar ifa edib, müəllim və tələbə heyətinin ünvanına xoş sözlər söyləyib.
Çıxış maraqla və gur alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB