Teatr beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Teatr beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək. SİA-nın məlumatına görə,festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə reallaşacaq.

Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalıdır.

Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək. Beynəlxalq mədəniyyət tədbirində “Ən yaxşı tamaşa”, “Ən yaxşı monotamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə