Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, ümumilikdə, seçim turlarında 400-dən çox ifaçı iştirak edib və ən yaxşı səsə malik olanlar birincilik uğrunda mübarizə aparırlar.
Belə ki, bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.
Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov bildirib ki, bu ifaçılar maraqlı səs tembrlərinə malikdirlər. Bu gün ölkəmizdə muğama gənclər arasında böyük maraq var: "Muğam Azərbaycan xalqının ruhudur. Sevinirəm ki, xalqımıza gözəl muğam bayramı ab-havası yaşadırıq. Bütün gənclərə uğurlar arzu edirəm. Muğam sənətinin bu səviyyədə sevilməsində böyük sənətkarlarımızın, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın böyük əməyi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB