“Günahın o biri tərəfi” Bakıya gəlir

“Günahın o biri tərəfi” Bakıya gəlir

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcı kollektivi aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. Yaradıcı kollektiv “Günahın o biri tərəfi” adlı baleti ilə tamaşaçıların görüşünə gələcək. SİA-nın məlumatına görə, tanınmış balet truppasının Bakı qastrolu X Beynəlxalq M.Rostropoviç Festivalı çərçivəsində reallaşacaq. B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu “Günahın o biri tərəfi” baleti M.Dostoyevskinin “Karamazov qardaşları” romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.

Qeyd edək ki, B.Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə gerçəkləşib. Baletin Sankt-Peterburq şəhərində premyerası 2013-cü il, aprelin 29-da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə