“Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi elan edilib

“Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyi "Mozalan" kino-jurnalı üçün ssenari müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd "Mozalan" kino-jurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirməkdir.

Mayın 1-dək keçiriləcək müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan bədii süjetlər üçün ssenarilər müasir həyatın problemlərini əks etdirməlidir. Ssenarilər 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulmalıdır. Hər iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

Münsiflər heyətinin müəyyən etdikləri beş qalib ssenari "Mozalan" studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək. Qaliblərin adları 2011-ci il mayın 15-dək www.mct.gov.az saytında və Mədəniyyət" qəzetində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə