"Özümü kamançadan ayrı təsəvvür edə bilmirəm" - ÖZƏL

"Özümü kamançadan ayrı təsəvvür edə bilmirəm" - ÖZƏL

"Musiqi insanın ruhunda, canında olmalıdır. Mən hələ uşaq yaşlarımdan evdə xalq musiqisinə, milli musiqiyə böyük maraq görmüşəm. Babamın çox gözəl səsi olub. İncəsənətə maraq mənə gendən keçib. Kamança mənim həm sənətim, həm də həyatımdır. Onu özümə ən yaxşı dost hesab edirəm". Bu sözləri SİA-ya açıqlamasında Əməkdar artist, istedadlı kaman ustası Elnur Həşimov deyib. Sənətçi əlavə edib ki, bir dəfə hər kəsin yaxşı tanıdığı dostum, istedadlı musiqiçi əməkdar artist Elçin Həşimovla birgə Fransa küçələrini gəzərkən, ona dedim ki, heç zaman fikirləşməzdim ki, Avropanın bütün ölkələrində olacağam:"Ancaq kamança bizi bu ölkələri gəzdirdi. Ümumiyyətlə, mən özümü kamançadan ayrı təsəvvür edə bilmirəm. Ancaq ola bilər ki, səhhətimlə bağlı nə zamansa məcbur olaraq kamançadan ayrılaram. Ancaq hələ ki hər şey yaxşıdır və kamançada mənim yaxın dostum olaraq qalır. Pedaqoji fəaliyyətlə məşğul olmaqdan isə zövq alıram. Bu sənəti gənclərə öyrədirəm və onlar arasında təbliğ edirəm. Bu fəaliyyətimlə yanaşı, öz üzərimdə də işləyirəm və çalışıram ki, sənətimdə kimsədən geri qalmayım”.

Bütün xəbərlər Facebook səhifəmizdə