Dünyanın ən böyük süzənəsi toxunub

Dünyanın ən böyük süzənəsi toxunub

Aprelin 5-dən 10-dən Özbəkistanın Surxandərya vilayətində keçiriləcək Birinci Baxşi Festivalı çərçivəsində Baysun xalçaçıları dünyanın ən böyük süzənəsini toxuyublar. Süzənəsin uzunluğu 25, eni altı metr, çəkisi 60 kiloqramdir. SİA-nın məlumatına görə, süzənənin üzərində 25 toxucu və usta işləyib. Baysun naxışlarının və ornamentlərinin yer aldığı süzənə regionun milli koloritini tam mənası ilə əks etdirir.

Xatırladaq ki, süzənə ipək, məxmər və pambıq parça üzərində toxunan divar xalçasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə